NATO-nun baş katibi Mark Rutte Tayvan ətrafında münaqişənin kəskinləşməsi halında Asiya-Sakit okean ölkələrinin mümkün dəstəyi ilə bağlı suala birbaşa cavab verməyib.
Elchi.az xəbər verir ki, bu barədə “Japan Times” məlumat yayıb.
“Gəlin, “əgər” suallarının təfərrüatlarına varmayaq. Nə soruşduğunuzu başa düşürəm, amma mən bunu daha da uzatmağım düzgün deyil”, – deyə siyasətçi cavab verib.
Buna baxmayaraq, Rutte qeyd edib ki, NATO və Asiya-Sakit okean ölkələri regiondakı vəziyyəti birgə qiymətləndirməyə davam edir. NATO-nun baş katibi Çinin artan hərbi fəaliyyətini də etiraf edib.
Nuranə Məmmədova