İndoneziya prezidenti Prabowo Subianto ABŞ prezidenti Donald Trampın tariflər tətbiq etmək qərarından məyus olmağa və ya narahat olmağa heç bir səbəb olmadığını deyib.
Elchi.az xəbər verir ki, bu barədə “Detik” portalı yazır.
Portal Prabowo Subiantodan sitat gətirir: “Bütün dünya çoxsaylı problemlərlə, hər yerdə müharibələr, böyük ölkələr arasında daxili çəkişmələrlə sarsılır, sonuncusu ticarət müharibəsidir. Biz də bundan təsirləndik”. “Biz sakitik, çünki gücümüz var və bütün ölkələrlə, o cümlədən ABŞ-la danışıqlar aparacağıq. Biz açıq şəkildə bildirəcəyik ki, biz yaxşı münasibətlər istəyirik, ədalətli münasibətlər istəyirik, bərabər münasibətlər istəyirik, ona görə də heç bir problemimiz yoxdur. Hər şey qarşılıqlıdır, ona görə də onların istədikləri ağlabatandırsa, biz də buna hörmət etməliyik.
Amerika liderləri Amerika xalqının maraqlarını düşünür, biz isə xalqımızın mənafeyini düşünürük”, – deyən İndoneziya prezidenti, məyus olmaq, narahat olmaq lazım deyil deyən Prabowo Subianto vurğulayıb.
Yeganə