image-thumbs-b-c-fe618cb538d46c2f8e194ce141a2d977backend

ABŞ fond bazarı çöküşlə açılır

Qlobal iqtisadiyyat son illərin ən təlatümlü dövrlərindən birini yaşayır. ABŞ-ın idxal olunan məhsullara tətbiq etmək qərarına gəldiyi 25 faiz əlavə vergi hərəkəti pul bazarlarında böyük bir sarsıntıya səbəb oldu. Bu addım xüsusilə birjalarda kəskin enişlərə səbəb oldu. Amerika fond bazarları yeni həftəyə sərbəst enişlə başlayıb.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yeni tariflərin təsiri ilə səhmlərdə intensiv satışlar yaşanıb. Birja açılışında Dow Jones indeksi günə 3,26 faiz itki ilə başlayıb.
İlk dəqiqələrdəki digər mühüm itkilər belə olub:
NYS: -3,18%
DJI: -3,15%
Birjada iflasa uğrayan reputasiyasına baxmayaraq, Prezident Tramp qəbul etdiyi qərarları müdafiə etməkdən geri çəkilməyib. Vergi artımlarına haqq qazandırmaqla yanaşı, bu məqsədlə vədlə seçildiyini xatırladıb və əməllərin arxasında durduğunu açıq şəkildə bildirib.
Bazarlardakı qeyri-müəyyənliklə bağlı sualı cavablandıran Tramp, “Nə olacağını bilmirəm, amma ABŞ iqtisadiyyatı əsas etibarilə çox güclüdür” deyib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki