“Gürcüstan xalqı səbirli olsa, Abxaziya və Cənubi Osetiya ilə birləşmək mümkündür”.
Elchi.az xəbər verir ki, bu fikri Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib.
“Gürcüstanın ərazi bütövlüyünün bərpası, hesab edirəm ki, əgər biz səbir göstərsək və bu səbir bizim siyasətimizi istiqamətləndirərsə, realdır. Bu məsələnin həlli, əlbəttə, müxtəlif amillərdən asılı olacaq, lakin səbir və düzgün siyasətlə hər şey mümkündür”, – Kobaxidze bildirib.
Yeganə