image-49_1744030845backend

Mask Rusiya ilə ABŞ-ın coğrafi yaxınlığını xatırladıb

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask xatırladıb ki, ABŞ və Rusiya bir çox insanların düşündüyündən qat-qat yaxındır.

Elchi.az xəbər verir ki, o, X sosial şəbəkəsində iki dövlətin coğrafi yaxınlığını əks etdirən video yayımlayıb.

Mask qeyd edib ki, ölkələr Berinq boğazı ilə ayrılır. Lakin diqqətlə baxsanız, bir-birindən 3,8 kilometr məsafədə yerləşən və Rusiya ilə ABŞ ərazisini ayıran iki kiçik ada – Kruzenştern və Ratmanov adasını görə bilərsiniz.

“Bütün amerikalılar bilmir ki, əslində ABŞ və Rusiya bir-birinə daha yaxındır: onların arasında cəmi iki mildən bir qədər çox məsafə var”,-deyə Mask qeyd edib.

Milyarder əlavə edib ki, bəzən iki ada arasındakı su donur və sərhədi piyada keçmək olar.

Yazıya şərhlərdə sosial şəbəkə istifadəçiləri dövlətlər arasında müttəfiqlik münasibətlərinə çağırış edərək, Rusiya ilə ABŞ-ın çoxlu ortaq cəhətlərin olduğunu qeyd edirlər. Şərhçilər vurğulayırlar ki, Rusiya Federasiyası və ABŞ qonşudur və ölkələr təbii müttəfiqlər olmalıdır.

Daha əvvəl bildirilmişdi ki, Rusiya prezidenti Vladimir Putin amerikalı iş adamı İlon Maskın atası Errolun heyranlıq obyektidir.

Yeganə

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki