HƏMAS hərəkatı İsrailin Qəzza zolağının cənubundakı Xan Yunisdə bir qrup jurnalist çadırını bombalamasını “ağır cinayət və beynəlxalq hüquq və normaların pozulması” adlandırıb.
Elchi.az xəbər veriri ki, jurnalistlərin çadırının bombalanmasından sonra HƏMAS məsələ ilə bağlı yazılı açıqlama verib.
Qəzzadakı soyqırımla bağlı beynəlxalq susqunluğu tənqid edən bəyanatda bu ifadələr yer alıb:
“Jurnalistlərə qarşı davam edən hücumlar və İsrail ordusu tərəfindən soyqırımın əvvəlindən Qəzzada 210 jurnalistin edam edilməsi İsrailin baş verənlərlə bağlı həqiqəti ört-basdır etmək və müasir tarixdə görünməmiş beynəlxalq sükuta arxalanaraq jurnalistlərə qorxu hissi aşılamaq cəhdlərinin bir hissəsidir”.
HƏMAS öz bəyanatında bütün jurnalistləri və dünya üzrə beynəlxalq mətbuat və media qurumlarını İsrailin fələstinli jurnalistlərə qarşı cinayətlərini ifşa etməyə çağırıb.
Hökumətin Qəzzadakı Media Ofisindən verilən açıqlamada İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində jurnalistlərin qaldığı çadıra təşkil etdiyi hücumda 1 jurnalistin yanaraq öldüyü, 7 oktyabr 2023-cü ildən bu yana öldürülən jurnalistlərin sayının 210-a çatdığı açıqlandı.
Nuranə Məmmədova