Nigeriyada yanvar ayından bəri meningit epidemiyasından ölənlərin sayının 156-ya yüksəldiyi bildirilir.
Elchi.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) verdiyi yazılı açıqlamada, menenjit epidemiyasının yanvar ayından bəri ölkənin 23 əyalətinə yayıldığını bildirib.
Açıqlamada bu dövrdə ölkədə 1858 meningit hadisəsinin görüldüyü, epidemiya səbəbiylə həyatını itirənlərin sayının isə 156-ya yüksəldiyi vurğulanıb.Nigeriya hökuməti 2030-cu ilə qədər menenjitə qalib gəlmək üçün yeni tədbirlər açıqlayıb.Hava yolu ilə keçə bilən meningit beyindən başlayaraq bütün bədəni təsir edə bilər.
Şayəstə Hüseynova