image-ad343d12-c772-37a1-bbe9-505cb299291d_850backend

Sabah Şirvan və Hacıqabulun qaz təchizatında fasilə yaranacaq

Sabah Şirvan şəhəri və Hacıqabul rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə  Elchi.az – a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən “SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma stansiyasının qazlaşdırılması əlaqədar olaraq, aprelin 8-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək “Hacıqabul-2” qazpaylayıcı stansiyadan (QPS) qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Şirvan şəhər mərkəzinin bir hissəsi (10 qeyri-yaşayış sahəsi) və Hacıqabul rayonu üzrə qeyri-yaşayış sahəsinin (ümumi 2 110 abonent) qaz təchizatında fasilə yaranacaq.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki