image-1664562373_qwbackend

Putindən QƏRAR: “Instagram” və “Facebook”u qadağan etdi

Prezident Vladimir Putin Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən xarici və ya beynəlxalq təşkilatların informasiya resurslarında, habelə ölkədə fəaliyyəti ekstremist kimi tanınan və qadağan olunmuş şirkətlərin resurslarında reklamın qadağan edilməsi haqqında qanun imzalayıb.

Elchi.az  xəbər verir ki, bu qadağa “Instagram” və “Facebook”a aiddir.

“Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna əsasən ictimai və ya dini qurumun ləğvi və ya fəaliyyətinin qadağan edilməsi barədə məhkəmə qərarı olduqda, belə bir qurumun internet resurslarında reklamın yayılması da qadağandı.

Dövlət Duması müvafiq qanun layihəsini martda dərhal ikinci və üçüncü oxunuşlarda qəbul edib, Federasiya Şurası isə aprelin 2-də təsdiqləyib.Qadağa 2025-ci il sentyabrın 1-dən qüvvəyə minməlidir.

İzahnamədə qeyd edilib ki, bəzi ruslar blokdan yan keçərək Instagram və Facebook-dan istifadəni davam etdirirlər ki, bu da belə qeyri-qanuni informasiya resurslarının sahiblərinə reklamın yayılmasından gəlir əldə etmək imkanı yaradır ki, bu da ümumi gəlirin 50-90%-i təşkil edir.

“Qeyri-qanuni informasiya resurslarının sahiblərinin reklamdan gəlir əldə etməsi onlara yeni məzmun, o cümlədən qadağan olunmuş məlumatlar yaratmağa və öz resurslarına istifadəçilərin marağını qorumağa imkan verir”, – təşəbbüs müəllifləri hesab edirlər.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki