image-netanyahu-abd-baskani-trump-ile-gorusmek-icin-washingtona-gitti-jz8fbackend

Netanyahu Trampla görüşmək üçün Vaşinqtona gəlib

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla görüşmək üçün Macarıstandan ABŞ-a gedib.
Elchi.az xəbər verir ki, İsrail mətbuatında çıxan xəbərlərə görə, Netanyahunun bu gün ABŞ prezidenti Trampla görüşü gözlənilir.
Yedioth Ahronoth və Jerusalem Post qəzetlərinin yazdığına görə, Netanyahu Trampla görüşmək üçün Vaşinqtona gedib.
Məlumata görə, Netanyahunun bazar ertəsi Ağ Evdə Trampla görüşəcəyi bildirilir.
Həmin görüşdən sonra hər iki tərəfin rəsmiləri, o cümlədən Trampın Yaxın Şərq üzrə nümayəndəsi Steve Witkoff ilə geniş tərkibdə görüş keçiriləcək.
Netanyahunun ABŞ-ın maliyyə naziri Scott Bessent ilə də görüşü gözlənilir. İclasda ABŞ-ın İsraildən idxal olunan mallara rüsum tətbiq etmək qərarı müzakirə olunacaq.
Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarına baxmayaraq, Netanyahu aprelin 3-də Macarıstana rəsmi səfər edib və paytaxt Budapeştdə macar həmkarı Viktor Orbanla görüşüb.
İclasdan sonra təşkil edilən mətbuat konfransında danışan Orban BCM-yə daxil olmaq qərarına ilk dəfə baş nazir vəzifəsinə gəldiyi zaman imza atdığını, bu gün də eyni ayrılma qərarına imza atdığını bildirib.
Netanyahu Macarıstanın Avropada ölkəsini anlayan nadir ölkələrdən biri olduğunu iddia edərək Orbanı dost kimi də xarakterizə edib.
Beynəlxalq Cinayət Məhkəməsi 21 noyabr 2024-cü ildə elan etdiyi qərarda İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın Qəzzada törətdiyi hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə həbsə orderlər verdiyini açıqlayıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki