image-tecili_yardimbackend

Azərbaycanda çağırışa gedən həkim bıçaqlandı

Daşkəsəndə çağırışa gedən həkimə xəstə tərəfindən hücuma məruz qalıb.

Elchi.az Unikal-a istinadla xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.

Belə ki, çağırışa gedən Daşkəsən Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 1991-ci il təvəllüdlü A.Abbaslıya xəstə tərəfindən bıçaqla xəsarət yetirilib.

Barmağından bıçaq xəsarəti alan həkimə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, hadisəni Xoşbulaq kənd sakini 1997-ci il təvəllüdlü Ş.Əliyev törədib. Onun Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki