image-189f6f1c-9881-3426-a5e9-02e62ac35758_850backend

Tailandda turistləri daşıyan kater partlayıb

Rusiya və Qazaxıstandan olan turistləri daşıyan kater Tailandın cənubunda Maitona adası yaxınlığında partlayıb.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tailandın turizm polisi məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

“Kater Maitona adası yaxınlığında partlayıb. Onun göyərtəsində Qazaxıstan və Rusiyadan olan 31 turist var idi. Hadisə zamanı bir Rusiya vətəndaşı xəsarət alıb. Yaralı tibbi yardım üçün xəstəxanaya çatdırılıb. Digər 30 turist xəsarət almayıb və öz hotellərinə qayıdıblar”, – məlumatda bildirilib.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki