image-3d-yazici-gida-aa-1716883_1backend

Laboratoriyada yetişdirilən qidalar iki il ərzində bazara çıxa bilər

Britaniya iki il ərzində laboratoriyada yetişdirilən qidaların satışını təsdiqləməyi planlaşdırır. Sürətləndirilmiş proses innovasiyaları dəstəkləsə də, təhlükəsizlik müzakirələri davam edir.
Elchi.az xəbər verir ki, Laboratoriya şəraitində istehsal edilən ət, süd və şəkərin iki il ərzində İngiltərədə satışa çıxarıla biləcəyi açıqlanıb. Qida Standartları Agentliyi (FSA) bu cür məhsulların təsdiqlənməsi prosesini sürətləndirmək üçün yeni qaydalar üzərində işləyir. Hüceyrələrdən istehsal olunan bu qidalar kiçik kimyəvi müəssisələrdə yetişdirilir və ekoloji cəhətdən təmiz alternativ kimi seçilir.
Laboratoriyada istehsal edilən ətin satışını təsdiqləyən ölkələr arasında Sinqapur, ABŞ və İsrail olduğu halda, İtaliya və ABŞ-ın bəzi ştatları bu məhsulları qadağan edib. Böyük Britaniya şirkətləri iddia edirlər ki, ölkədə mövcud qaydalar tərəqqini ləngidir və onları qlobal rəqabətdən geri çəkir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki