image-1d50b1cd-cf03-3af6-808d-22ed3a2cefc9_850backend

Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq

Polşa Ukrayna üçün ABŞ-nin “Space X” şirkətinin əlavə 5 min ədəd “Starlink” peyk rabitə terminalını alacaq.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın rəqəmsallaşdırma naziri Kşiştof Qavkovski “Radio Zet” radiostansiyasının efirində bildirib.

“Biz daha 5 min ədəd “Starlink” terminalının alınması prosesindəyik”, – o qeyd edib.

Nazirin sözlərinə görə, Varşava artıq 30 minə yaxın terminal tədarük edib. Onlara xidmət xərcləri Polşaya ildə 200 milyon dollara başa gəlir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki