image-cin-2355000_1backend

Çin mübahisəli qayalara bayraq sancmaqla Filippinlə gərginliyi artırır

Çin Sahil Mühafizəsi öz bayrağını Cənubi Çin dənizində Filippinin əsas hərbi bazası yaxınlığındakı mübahisəli qaya üzərində qaldıraraq Pekin və Manila arasında onsuz da yüksək gərginliyi daha da artırıb. Çin mediası bu addımın “hakimiyyət qurmaq” məqsədi ilə edildiyini bildirsə də, Filippin hakimiyyətindən hələlik rəsmi açıqlama verilməyib.
Elchi.az xəbər verir ki,  Çin dövlət mediası Çin Sahil Mühafizəsi (CCG) əməkdaşlarının Cənubi Çin dənizində, Çində Tiexian rifi kimi tanınan Sandy Cay üzərində Çin milli bayrağını sancmasının fotolarını yayıb.
Filippin qüvvələrinin uzun müddətdir forpostu saxladığı Titu adası yaxınlığında yerləşən, həmçinin Paq-asa adası adlanan bu kiçik çimərlik strateji əhəmiyyəti ilə diqqət çəkir.
Çin Kommunist Partiyasının ingilisdilli nəşri olan “Global Times” əməliyyatın aprelin ortalarında baş verdiyini yazıb və hadisəni ictimailəşdirmək üçün fotolar dərc edib.
Bəyanatda deyilir ki, Çin Sahil Mühafizəsi “öz suveren səlahiyyətlərini həyata keçirib”, Çin milli bayrağını nümayiş etdirib və qayalıqdakı “plastik butulkaları, taxta çubuqları və digər tullantıları təmizləyib”.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki