image-kolombiyada-askerlere-yonelik-pusuda-6-ordu-mensubu-oldu-yhr1backend

Kolumbiyada pusquda 6 ordu üzvü həlak olub

Kolumbiyada pusquya düşən 6 əsgər həyatını itirib, 5-i isə qaçırılıb.
Elchi.az xəbər verir ki, patrulda olan əsgərlər ölkənin Quaviare inzibati bölgəsindəki San Xose del Quaviare kənd ərazisində pusquya düşüb.
Sonrakı qarşıdurmada 6 əsgər həyatını itirib, çoxlu sayda əsgər yaralanıb. 5 əsgərin silahlı qruplar tərəfindən qaçırıldığı bildirilir.
Hücumun keçmiş Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinə (FARC) bağlı olan “Komandant Xorxe Suares Briçeno” bloku tərəfindən həyata keçirildiyi iddia edilib.
Yerli mətbuatın məlumatına görə, qaçırılan əsgərlər daha sonra kənd sakinlərinə təhvil verilib. Bu arada Kolumbiya Sülh Prosesinə Dəstək Missiyasından (MAPP/OEA) bir qrup əsgərləri qəbul etmək üçün bölgəyə yola düşüb.
Kolumbiya prezidenti Qustavo Petro X sosial media platformasında verdiyi açıqlamada hücumun dərhal araşdırılması əmrini verib: “Təhlükəsizlik qüvvələrimizdəki hər bir gəncin həyatına cavabdehəm. Onların hamısının sağ-salamat ailələrinə qayıtmasını istəyirəm. Çünki hökumətimiz həyatı müdafiə edən və qoruyan bir hökumətdir”. ifadəsini işlətdi.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki