“Vaşinqton Moskvaya sanksiyaların ləğvi ilə bağlı heç bir təklif göndərməyib”.
Elchi.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerikanın “CBS” teleşirkətinə müsahibəsində deyib.
Diplomat, eyni zamanda, ABŞ-ın birgə biznesin aparılmasında maraqlı olduğunu vurğulayıb. Rusiyanın ABŞ-dan sanksiyaların ləğvi ilə bağlı təklifləri olub-olmaması ilə bağlı suala Lavrov mənfi cavab verib.
“Xeyr, ABŞ bizə birgə biznes qurmaqda maraqlı olduqlarını bəyan edib”, – deyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Yeganə