Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS ölkələrinin xarici işlər nazirlərinin aprelin 28-29-da keçiriləcək görüşü üçün Braziliyaya gedib.
Elchi.az bu barədə “TASS”-a istinadən xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova vurğulayıb ki, Braziliyanın sədrliyi ilə keçiriləcək iclasda BRİKS-ə üzv ölkələr beynəlxalq gündəmdəki məsələləri, eləcə də münaqişələrin həlli yollarını müzakirə edəcəklər. Bundan əlavə, XİN rəhbərlərinin gündəliyinə qlobal idarəetmə sisteminin təkmilləşdirilməsi perspektivləri ilə bağlı müzakirələr də daxil ediləcək.
Yeganə