Hollandiyanın “Radboud” Universitetinin alimləri müəyyən ediblər ki, şiddətli ağrılara dözə bilən insanlar daha çox psixopat olurlar. Tədqiqatda psixopatik şəxsiyyət xüsusiyyətləri və ağrı həssaslığı testi ilə bağlı anket dolduran 106 könüllü iştirak edib.
Elchi.az xəbər verir ki, təcrübə zamanı iştirakçıların ağrı həddi və dözümlülüyünü müəyyən etmək üçün qollarına zəif, lakin artan elektrik şoku verilib.
Nəticələr göstərdi ki, psixopatik iştirakçılar ağrılı elektrik şoku verildikdə belə davranışlarını dəyişməyiblər. Alimlər qeyd ediblər ki, psixopatlar sanki ağrını hiss etmirlər.
Yeganə