image-valeri_gerasimovbackend

Kurskda rus hərbçiləri ilə birgə onlar da qəhrəmanlıq göstərdi…

Kursk vilayətinin sərhəd bölgələrinin azad olunmasında Koreya Xalq Demokratik Respublikasının hərbçiləri rus döyüşçüləri ilə bərabər qəhrəmanlıq nümayiş etdirib.

Elchi.az xəbər verir ki, bu sözləri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov öz məruzəsində deyib.

Gerasimov bildirib ki, ölkələr arasında hərtərəfli strateji tərəfdaşlıq sazişinə əsasən, Şimali Koreya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin müdaxilə edən qruplaşmasının darmadağın edilməsində əhəmiyyətli kömək göstəriblər.

O qeyd edib ki, şimali koreyalı hərbçilər rus döyüşçüləri ilə çiyin-çiyinə vuruşaraq dözümlülük, cəsarət və qəhrəmanlıq nümayiş etdiriblər.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki