image-download-2025-04-26t111635-810backend

Ağdaşda ağır qəza: ölən var

Ağdaş rayonunda yol qəzası olub, ölən var.
Elchi.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qumlaq kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Opel” və VAZ markalı minik avtomobilləri toqquşub.
Nəticədə VAZ-ın sürücüsü, 26 yaşlı Afiq Səmədov hadisə yerində ölüb. 39 yaşlı Maqsud Mustafayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki