Bu gün Kursk vilayətində sonuncu yaşayış məntəqəsi olan Qornal Ukrayna Silahlı Qüvvələrindən azad edilib.
Elchi.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinə məruzəsində bildirib.
Onun sözlərinə görə, Kursk vilayətinin azad edilməsi əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyəti ilə başa çatıb.
Gerasimov Ukrayna ordusunun Kursk vilayətində gedən döyüşlərdə 76 mindən çox hərbçisini itirdiyini söyləyib:
“Kursk vilayətində əməliyyatın ən aktiv mərhələsi martın 6-da başlayıb. Ukrayna Silahlı Qüvvələrinin Rusiya Silahlı Qüvvələrinin Donbassda irəliləyişini dayandırmaq planları iflasa uğrayıb. Kursk vilayətində boru ilə əməliyyat zamanı Ukrayna Silahlı Qüvvələrinin müdafiəsi dağılıb, xaotik geri çəkilmə başlayıb.
Kursk vilayətində tərk edilmiş binalar və meşələrdə tək qalan Ukrayna Silahlı Qüvvələri əsgərlərinin olub-olmaması yoxlanılır. Kursk vilayətində 19 yaşayış məntəqəsi partlayıcı qurğulardan tamamilə təmizlənib”.
Baş Qərargah rəisi KXDR (Şimali Koreya) döyüşçülərinin Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsində yüksək peşəkarlıq nümayiş etdirdiklərini vurğulayıb.