ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Steven Uitkoffun Rusiyada yaxşı görüş keçirdiyini deyib.
Bu barədə Elchi.az “Reuters” agentliyinə istinadən xəbər verir.
“Uitkof yaxşı görüş keçirdi”, – ABŞ lideri deyib.
Bu gün səhər saatlarında Rusiya Prezidenti Vladimir Putinlə Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş baş tutub. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin Uitkovu Kremldə qəbul edib: “Söhbət üç saat davam edib və konstruktiv, çox faydalı oldu”.