Kiyev meri Vitali Kliçko Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün razılığa gəlmək üçün ölkəsinin “ərazilərindən imtina etməsi” ehtimalını gündəmə gətirib.
Elchi.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko sülh üçün “ədalətli olmasa belə, ərazilərdən imtina edə biləcəklərini” deyib.
Kliçko bu gün BBC-də yayımlanan müsahibəsində ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi atəşkəs danışıqlarını dəyərləndirib.
Ukrayna prezidenti Vladimir Zelenskinin sülh danışıqları ilə bağlı onunla məsləhətləşmədiyini deyən Kliçko sülh üçün “ağrılı həll yolu” seçmək məcburiyyətində qala biləcəyini söyləyib.
“Bir ssenari torpaqların verilməsidir. Bu ədalətli deyil, lakin müvəqqəti sülh üçün müvəqqəti həll ola bilər.” İfadələri işlədən mer Kliçko ukraynalıların heç vaxt Rusiya işğalını qəbul etməyəcəklərini vurğulayıb.
Kliçko fevralın 28-də ABŞ prezidenti Donald Trampla Zelenskinin kameralar qarşısında müzakirəsinə münasibət bildirərək, belə görüşlərin kamerasız keçirilməli olduğunu deyib.
Ötən gün Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə raket və pilotsuz təyyarələrdən istifadə edərək təşkil etdiyi hücumda 12 nəfər həlak olub.
Şayəstə Hüseynova