ABŞ prezidenti Donald Tramp Çinə tətbiq edilən 145%-lik gömrük rüsumunun yüksək olduğunu, lakin Pekinlə gömrüklə bağlı razılıq əldə olunmayana qədər bunun azalmayacağını bildirib.
Elchi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən imzalanma mərasimində ABŞ və Çin arasındakı tarif mübahisəsindən danışıb.
Tramp bu mövzuda hər gün Çinlə görüşdüyünü və Çin prezidenti Şi Cinpinlə yaxşı anlaşdığını, lakin tarif məsələsində həll yolu tapılması lazım olduğunu bildirib.
Çinə tətbiq edilən 145 faizlik tarifin yüksək olduğunu ifadə edən Tramp, “Hələ o faizi endirməmişəm. Dedim ki, yüksək tarifdir. Yüksək tarifdir, amma hələ endirməmişəm. Liderlərlə çox yaxşı anlaşıram. Bilirsiniz, biz razılaşa bilərik. Olmazsa, bir dərəcə təyin edəcəyik. İnşallah, onlar da bura gəlsələr, biz də bu sövdələşməni edərlər” qiymətləndirməsini etdi.
“Çinlə ədalətli razılaşma əldə edəcəyik”
ABŞ prezidenti Tramp mövzu ilə bağlı verdiyi son açıqlamada, “Çin ilə ədalətli bir razılaşma əldə edəcəyik. Ədalətli olacaq. Hazırda hər şey (danışıqlar) aktivdir. Hər kəs etdiyimiz işin bir parçası olmaq istəyir”. O, belə danışdı.
Tramp bir gün əvvəl verdiyi açıqlamada Çinlə tarif məsələsində sərt oynamayacağı mesajını verərək, “Çox yumşaq olacağıq. Onlar çox yumşaq davranacaqlar. Sonra nə olacağını görəcəyik. Amma sonda razılaşmaq məcburiyyətindədirlər, çünki əks halda ABŞ ilə iş görə bilməyəcəklər” demişdi.
Şayəstə Hüseynova