Meta-nın mesajlaşma proqramı WhatsApp-a inteqrasiya etdiyi yeni süni intellekt xüsusiyyəti istifadəçilər tərəfindən silinə bilməsə də, “tamamilə isteğe bağlı” olaraq xarakterizə edilir.
Elchi.az xəbər verir ki, proqramın söhbət ekranındakı mavi dairəvi formalı Meta AI ikonu istifadəçilərə süni intellektlə işləyən chatbotla əlaqə saxlamağa imkan verir. Lakin bu funksiyanın tətbiqdən silinə bilməməsi sosial mediada reaksiyalara səbəb olub.
“Biz istifadəçilərə seçim imkanının verilməsinin vacib olduğuna inanırıq və biz daim rəyləri nəzərə alırıq” dedi WhatsApp BBC-yə açıqlamasında.
Şirkət Meta AI xüsusiyyətini tətbiqdəki “kanallar” və “status” kimi digər davamlı funksiyalarla müqayisə etdi.
Hər yerdə mavi simvol
Meta AI təkcə WhatsApp-da deyil; Meta çətiri altında Instagram və Facebook Messenger platformalarında da oxşar şəkildə mövcuddur. AI robotu Meta-nın Llama 4 adlı böyük dil modeli ilə işləyir.
Yeni funksiya ilə söhbət ekranının yuxarı hissəsinə “Meta AI-dan soruş və ya zəng et” ifadəsini ehtiva edən axtarış paneli əlavə edilib. Lakin bu funksiya hazırda yalnız müəyyən ölkələrdəki istifadəçilər üçün əlçatandır.
Meta istifadəçilərə xəbərdarlıq edir ki, bu funksiyanın tətbiqi tədricən olacaq və dərhal hamı üçün əlçatan olmaya bilər.
Məxfilik narahatlıqları artır
“WhatsApp” iddia edir ki, süni intellektə malik çatlar yalnız istifadəçi tərəfindən paylaşılan mesajlara daxil ola bilir, digər şəxsi söhbətlər isə uçdan-uca şifrələmə ilə qorunur.
Lakin ekspertlər bu məsələdə diqqətli olmaq lazım olduğu qənaətindədirlər. Süni intellekt və gizlilik sahəsində çalışan Dr. Kris Shrishak Meta-nın “istifadəçilərdən test subyektləri kimi istifadə etdiyini” iddia edib.
“Heç kəs süni intellektdən istifadə etməyə məcbur edilməməlidir. Meta internetdən toplanmış şəxsi məlumatlardan və pirat kitablardan istifadə edərək bu modelləri öyrətdi. İndi məhkəmələr bu prosesi şübhə altına aldıqca, şirkət yeni məlumat mənbələri axtara bilər”, – Şrişak bildirib.
Şayəstə Hüseynova