image-editor_68d5535b971d558f594f10a5affd0a71_krcxu37pln4tea8jf1s2backend

Britaniya Suriyaya qarşı bu sanksiyaları ləğv etdi 

Böyük Britaniya hökuməti Suriya Müdafiə Nazirliyinə və Suriyanın bir sıra digər hökumət idarələrinə qarşı sanksiyaları ləğv etmək qərarına gəlib.

Elchi.az xəbər verir ki, bu barədə İngiltərə Maliyyə Nazirliyi bildirib.

Daxili İşlər Nazirliyi, Baş Kəşfiyyat İdarəsi, Hava Kəşfiyyatı Qüvvələri, Siyasi Təhlükəsizlik İdarəsi, hərbi kəşfiyyat, ordunun təchizat bürosu və bir sıra KİV-lərə qarşı sanksiyalar ləğv edilir.

Bundan sonra bu strukturların aktivlərinin dondurulması tədbirləri tətbiq edilmir.

2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki