Pakistan Hindistanın Hind çayından su axını dayandırmaq və ya başqa istiqamətə yönəltmək cəhdini müharibə aktı kimi qiymətləndirəcək.
Elchi.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Şurası məlumat yayıb.
“Hind Suları Müqaviləsinə əsasən Pakistana məxsus su axınının dayandırılması və ya başqa istiqamətə yönəldilməsi və aşağı sahilyanı dövlətlərin hüquqlarını qəsb etmək cəhdi müharibə aktı kimi qiymətləndiriləcək”, – deyə bəyanatda bildirilir.
Bundan əvvəl Pakistan Hindistana hava məkanını bağladı və Hindistanın müdafiə, donanma və aviasiya üzrə müşavirlərini persona non gratae elan etdi. Öz növbəsində Yeni Dehli pakistanlılara viza verilməsini dayandıracağını və artıq verilmiş vizaları ləğv edəcəyini açıqlayıb. Bundan başqa, tərəflər arasında bütün növ malların ticarəti dayandırılıb.
Ölkələr arasında münasibətlər aprelin 22-də Hindistanın müttəfiqi olan Cammu və Kəşmir ərazisində 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra pisləşib. Xalqı qətlə yetirən terrorçuların onlardan dinlərini soruşduqları və Quran ayələrini əzbərdən oxumalarını tələb etdikləri iddia edilib.
Yeganə