İngiltərədə aparılan bir araşdırmada erkən yaşlarda demensiyaya səbəb olan 15 fərqli həyat tərzi müəyyən edilib.
Elchi.az xəbər verir ki, 2023-cü ildə nəşr olunan hərtərəfli bir araşdırma, erkən başlanğıc demensiyanın səbəbləri haqqında məlumatları təqdim etdi. Araşdırma Böyük Britaniyada yaşayan 65 yaşdan aşağı 356 mindən çox insanın sağlamlıq və həyat tərzi məlumatları təhlil edib. Əvvəlki tədqiqatların əksəriyyəti genetik faktorlara diqqət yetirsə də, bu araşdırma erkən başlanğıc demens riskini artıran 15 fərqli həyat tərzi və sağlamlıq faktorunu ortaya qoydu. Araşdırmaya görə, aşağı sosial-iqtisadi vəziyyət, sosial izolyasiya, eşitmə itkisi, insult, diabet, ürək xəstəlikləri və depressiya kimi faktorlar gənc yaşda demans riskini artırır. D vitamini çatışmazlığı və qaraciyərin iltihaba cavab olaraq istehsal etdiyi yüksək C-reaktiv zülal da risk faktorlarıdır. Alzheimer xəstəliyi ilə əlaqəli “ApoE 4” geninin variantları olan insanlar da gənc yaşda demans riski altında ola bilər.
Hollandiyanın Maastrixt Universitetinin nevroloqu Stevie Hendriks, “Səbəbin çox vaxt genetik olduğu güman edilir, lakin bir çox insanlar üçün səbəbin nə olduğunu dəqiq bilmirik. Bu səbəbdən biz bu araşdırmada digər risk faktorlarını axtarmaq istədik” dedi.
Tədqiqatın nəticələri birbaşa səbəb-nəticə əlaqəsini sübut etməsə də, erkən başlanğıc demens haqqında daha aydın təsəvvür yaradır. Mütəxəssislər, dəyişdirilə bilən risk faktorlarına diqqət yetirməklə, yalnız demensiyanın idarə edilməsi üçün deyil, həm də qarşısının alınması üçün perspektivli addımlar atıla biləcəyini proqnozlaşdırırlar.
Şayəstə Hüseynova