image-qeza-yol-nishani-1backend

Naxçıvanda tələbələri maşın vurdu

Naxçıvanda iki tələbənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Elchi.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 75-AF-644 dövlət nömrə nişanlı “KİA” markalı avtomobil yolu qarşı tərəfə keçən 2006-cı il təvəllüdlü Allahverdiyev Amin İntiqam oğlu və Məhərrəmov Zaur Fizuli oğlunu vurub.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, onların Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu bildirilir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki