image-491219887_672635858988042_4257550048609388732_nbackend

Barselonada maraqlı TAPINTI

İspan arxeoloqları Barselonanın keçmiş balıq bazarı ərazisində aparılan qazıntılar zamanı XV-XVI əsrlərə aid böyük orta əsr gəmisinin qalıqlarını tapıblar.

Elchi.az xəbər verir ki, 10 metr uzunluğunda və 3 metr enində olan gəmi dəniz səviyyəsindən 5 metr dərinlikdə qorunub saxlanılıb.

Taxta və dəmir mismarlar ilə bərkidilmiş gəmi gövdəsində 30-dan çox taxta “qabırğa” aşkarlanıb.

Alimlər qeyd edirlər ki, bu konstruksiya Aralıq dənizi orta əsr gəmiləri üçün xarakterikdir. Onlar ümid edirlər ki, bu tapıntı orta əsrlərdə gəmiqayırma texnologiyalarını daha yaxşı anlamağa kömək edəcək.(oxu.az)

image-491217430_664792623150440_4490148318007297086_n image-491218135_671253898841690_5329323926133387088_n

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki