image-4backend

BMT-dən XƏBƏRDARLIQ: Tariflərə görə 2040-cı ilə qədər… 

“ABŞ-ın idxal rüsumları və digər ölkələrin cavab tədbirləri 2040-cı ilə qədər qlobal ticarətin 3% azalmasına səbəb ola bilər”.

Elchi.az xəbər verir ki, bu qiymətləndirməni Beynəlxalq Ticarət Mərkəzinin (ITC, Ümumdünya Ticarət Təşkilatı və BMT-nin birgə agentliyi) icraçı direktoru Pamela Coke-Hamilton Cenevrədə keçirdiyi mətbuat brifinqində deyib.

“Qlobal ticarət 2040-cı ilə qədər 3% azala bilər. Eyni zamanda, uzunmüddətli perspektivdə ticarətin strukturunda ciddi dəyişikliklər olacaq. Belə ki, tarif tədbirlərinin tətbiqindən böyük zərər çəkən Meksikadan ixrac ABŞ, Çin, Avropa və digər Latın Amerikası ölkələrinin bazarlarından Kanada, Braziliya və Hindistana yönləndiriləcək”,-deyə bəyanatda qeyd edilib.

ITC analitikləri həmçinin Vyetnamın ABŞ, Meksika və Çindən ixrac axınının Yaxın Şərq və Şimali Afrika, Aİ və Koreya Respublikası bazarlarına istiqamətləndirəcəyini gözləyirlər.

ITC kiçik və orta müəssisələri beynəlxalq ticarətə cəlb etməklə inkişaf etməkdə olan ölkələrə davamlı insan inkişafına nail olmaqda kömək edir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki