Avropa İttifaqının (Aİ) “Copernicus” peyk monitorinq sistemi 2025-ci ilin martının Avropada rekord dərəcədə ən isti mart ayı olduğunu bildirib.
Elchi.az xəbər verir ki, “Copernicus” tərəfindən edilən yazılı açıqlamaya görə, 2025-ci ilin mart ayı orta hesabla 14,06 dərəcə ilə dünyanın ən isti ikinci martı olub.
Bu dəyər mart ayı üçün (1850-1900-cü illəri əhatə edir) 1991-2020-ci illərin orta göstəricisindən 0,65 dərəcə və sənayedən əvvəlki səviyyədən 1,60 dərəcə yuxarıdır.
2025-ci ilin mart ayında temperatur rekordu qıran 2024-cü ilin martından 0,08 dərəcə aşağı ölçüldü.
Digər tərəfdən, 2025-ci ilin mart ayı son 21 ayda qlobal orta hava istiliyinin sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə yuxarı ölçüldüyü 20-ci ay idi.
Yeganə