World Population Review və CEO World Magazine tərəfindən dərc olunan hesabata görə, adambaşına düşən kitab oxuma müddətinə görə Amerika Birləşmiş Ştatları (ABŞ) birinci yerdədir.
Elchi.az xəbər verir ki, World Population Review və CEO World Magazine-in məlumatlarına görə, Birləşmiş Ştatlar 2024-cü ildə ən çox kitab oxunan ölkələr siyahısında birinci yerdədir.
ABŞ-da hər bir insan ildə orta hesabla 357 saat kitab oxuyur ki, bu da ildə təxminən 17 kitaba bərabərdir. Bu məlumat siyahıda sonuncu olan Əfqanıstanda ildə təxminən 3 kitaba bərabər idi. Siyahıda ikinci yerdə olan və adambaşına oxunan kitab sayının orta hesabla 16 olduğu Hindistanda ildə adambaşına kitab oxumağa sərf olunan saatların sayı təxminən 352, üçüncü yerdə olan İngiltərədə isə ildə 343 saat kitab oxunur. Dünyada ən çox kitab oxunan ölkələr arasında ABŞ-dan sonra Hindistan və İngiltərə, Fransa və İtaliya yer alıb.
Bu reytinqi Kanada, Rusiya, Avstraliya, İspaniya, Hollandiya və İsveçrə izlədi. Kitaba ən az vaxt sərf edilən ölkələr arasında Əfqanıstan, Bruney, Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub.
Nuranə Məmmədova