Omanda İran və ABŞ arasında danışıqların üçüncü raundu başlayıb.
Elchi.az xəbər verir ki, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edir.
Qeyd edək ki, bu gün iki ölkə arasında həm ekspertlər səviyyəsində texniki danışıqlar, həm də yüksək səviyyəli diplomatik görüşlər keçiriləcək.
Uitkoff və Araqçi arasında son görüş ötən şənbə Romada keçirilib. Hər iki tərəf həmin görüşün yekununda müsbət açıqlamalar verib.