Çin Pakistanın qanuni təhlükəsizlik narahatlıqlarını anlayır və suverenliyini və təhlükəsizlik maraqlarını qorumaqda İslamabadı dəstəkləyir.
Elchi.az xəbər verir ki, bunu Çin xarici işlər naziri Van Yi pakistanlı həmkarı Məhəmməd İshaq Darla telefon danışığı zamanı deyib.
“Çin mövcud vəziyyətin inkişafını diqqətlə izləyir. Terrorla mübarizə bütün dünya ölkələrinin ümumi məsuliyyətidir. Çin terrorizmə qarşı qətiyyətli addımlarında Pakistanı həmişə dəstəkləyir”, – Yi bildirib.