Çin Xalq Respublikası dünyanın ən güclü nüvə enerjisinə malik ölkəyə çevrilib.
Elchi.az xəbər verir ki, bu barədə Çin Nüvə Enerjisi Assosiasiyasının hesabatına istinadən məlumat yayıb.
Sənəddə qeyd olunur ki, ölkədə ümumi gücü 113 milyon kilovat olan 102 atom enerji bloku istismardadır. Son 18 ildə Çin tikilməkdə olan enerji bloklarının gücünə görə lider olub – Pekində ümumi gücü 33,65 milyon kilovat olan 28 yeni enerji bloku tikilir. Ölkədə nüvə enerjisi istehsalı da artmaqda davam edir.
Çin Nüvə Enerjisinin İnkişafı Hesabatında deyilir: “Nüvə enerjisinin ümumi miqyasına görə Çin ilk dəfə olaraq dünyada birinci yeri tutub”.
2024-cü ildə Çinin işləyən nüvə enerji bloklarının ümumi elektrik enerjisi istehsalı 444,7 milyard kilovat-saata çatıb ki, bu da Çinin ümumi elektrik enerjisi istehsalının 4,72%-ni təşkil edib.
Yeganə