image-dfa10e8a-93d5-3908-ab4a-99535c4b1c4c_850-1backend

“Real” Ançelottinin rəhbərliyi altında antirekorda imza atıb

İspaniyanın “Real” klubu baş məşqçisi Karlo Ançelottinin rəhbərliyi altında antirekorda imza atıb.

Elchi.az  xəbər verir ki, Madrid təmsilçisi ilk dəfə italiyalı mütəxəssisin rəhbərliyi ilə bir mövsümdə 13 oyunda məğlub olub.

Komanda son olaraq ötən gün İspaniya Kubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə uduzaraq uğursuzluq yaşayıb.

“Kral klubu” bu mövsüm 6 dəfə Çempionlar Liqasında, 5 dəfə La Liqa və hərəsində 1 dəfə olmaqla İspaniya Kuboku və Superkubok görüşündə rəqiblərinə boyun əyib.

Qeyd edək ki, daha əvvəl “Real” Karlo Ançelottinin baş məşqçisi olduğu matçlarda 1 mövsümdə 12 oyundan çox uduzmamışdı.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki