Pakistanda sərnişin mikroavtobusu ilə baş verən yol qəzasında azı 13 nəfər ölüb və daha 20 nəfər xəsarət alıb.
Elchi.az xəbər verir ki, bu barədə “Xinxua” yerli hakimiyyətə istinadən məlumat yayıb.
Məlumata görə, 30-dan çox sərnişin daşıyan furqon yoldan çıxaraq dərəyə yuvarlanıb. Sərnişinlər buğda tarlalarında işlədikdən sonra evlərinə qayıdırdılar.
Bildirilib ki, qəza aprelin 21-də ölkənin cənub-qərbində yerləşən Sind əyalətinin Camşoro rayonunda baş verib.
Qeyd olunub ki, ölənlər arasında dörd uşaq olub. Xəsarət alanlar yaxınlıqdakı tibb müəssisəsinə çatdırılıb. Bəzi yaralıların vəziyyəti kirtikdir.