image-qurban-koynekbackend

Qurbanov ondan başqa hamı ilə görüşdü

Ötən gün Azərbaycan Premyer Liqasının 32-ci turunda “Sabah”la heç-heçə edən (1:1) “Qarabağ” 12-ci ölkə çempionluğunu vaxtından əvvəl təmin edib.

Elchi.az Publika.az-a istiandən xəbər verir ki, oyundan sonra baş məşqçi Qurban Qurbanov soyunub-geyinmə otağında futbolçularını çempionluq münasibətilə təbrik edib və hər biri ilə görüşüb. Lakin o, komandanın müdafiəçisi Bəhlul Mustafazadə ilə əl görüşməyib.

Qurbanovun futbolçusu ilə görüşməməsi sosial şəbəkələrdə böyük marağa səbəb olub. Azarkeşlər bunun səbəbini anlamağa çalışıblar. Hətta Bəhlul Mustafazadə ilə baş məşqçisi arasında problem olduğunu və bunun futbolçunun nizam-intizamsız davranışı ilə əlaqədar olduğunu iddia ediblər.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki