Premyer Liqa təmsilçisi “Lester Siti”nin əfsanəvi futbolçusu Ceymi Vardi mövsümün sonunda mavi-ağlılarla vidalaşır.
Elchi.az xəbər verir ki, “Lester Siti” klubunun rəsmi internet saytından verilən açıqlamaya görə, 13 mövsümdə 498 matçda forma geyinən və 198 dəfə topa sahib olan Ceymi Vardi mövsümün sonunda komandadan ayrılacaq.
İngiltərə klubunun prezidenti Aiyavatt Srivaddhanaprabha 38 yaşlı futbolçunun əhəmiyyətini vurğulayaraq, bu sözləri deyib:
“Ceymi unikal oyunçudur. O, təkcə xüsusi oyunçu deyil, həm də çox xüsusi bir insandır. Onun “Lester Siti” ilə bağlı hər kəsin qəlbində yeri var və ona dərin hörmət və məhəbbətim var. Onun klubumuza verdiyi hər şeyə görə sonsuza qədər minnətdarıq”.
2015-2016 mövsümündə “Lester Siti”nin 131 illik tarixində Premyer Liqanın ilk və yeganə çempionluğunu qazanmasında böyük rol oynayan Ceymi Vardi 2020-2021-ci illərdə komandası ilə birlikdə İngiltərə Kubokunu da qazanıb.
Köhnə günlərini axtaran Lester Siti , keçən bazar günü Liverpola 1:0 hesabı ilə uduzdu və mövsümün sonunda Premyer Liqadan düşəcəyinə əmin idi.
Nuranə Məmmədova