ABŞ-ın Florida ştatında bərə və qayıq toqquşub. Qəzada 1 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Clearwater Polis Departamentinin verdiyi məlumata görə, bərə şəhərin Memorial Causeway körpüsü yaxınlığında şəxsi qayıqla toqquşub.
Qəza nəticəsində bir nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Bildirilib ki, hadisə yerinə göndərilən yanğınsöndürənlər bərədə olan bütün sərnişinləri təxliyə ediblər.
Bildirilib ki, qəza zamanı 50 sərnişin tutumu olan bərədə 42 nəfər olub.
“Xəsarət alanların hamısı bərədəndir. Bərəyə çırpılan şəxsi qayıq hadisə yerindən qaçıb”, – məlumatda deyilir.
ABŞ Sahil Mühafizəsinin hadisə ilə bağlı araşdırma aparacağı bildirilib.
Şayəstə Hüseynova