ABŞ-da Elizabet Siti Dövlət Universitetində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Şimali Karolina universitetlərindən birində Vikinq Festivalının son günündə atışma baş verib. Festivalın bağlanmasından əvvəl keçirilən “Yard Fest” tədbiri zamanı baş verən hücumda 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Həyatını itirən şəxsin tələbə olmadığı bildirilib.
Səlahiyyətlilər xəbərdən sonra kampusun müvəqqəti bağlandığını və hadisə ilə bağlı araşdırma başlandığını açıqlayıb.
Şayəstə Hüseynova