Cənub-Şərqi Asiyada münaqişənin gərginləşməsinə yol vermək olmaz.
Elchi.az TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Pakistanın Planlaşdırma və İnkişaf və Xüsusi Təşəbbüslər naziri Əhsan İqbal Çoudri bildirib.
“Biz Cənubi Asiyada eskalasiyaya yol verə bilmərik. Bunun əvəzinə biz (Pakistan və Hindistan) birlikdə işləməli, terrorizmə qarşı mübarizə aparmalı və regionda iqtisadi əməkdaşlıq məsələləri üzərində işləməliyik”, – deyə o, İqtisadi Əməkdaşlıq Təşkilatının Davamlı İnkişaf üzrə birinci nazirlik forumunun kuluarlarında bildirib.