image-aa926982-a891-3be8-93ba-005aa0f9b851_850backend

Rusiya Prezidenti faşizm üzərində qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib

Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib.

Elchi.az  Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Rusiya ordusu mayın 7-dən 8-nə keçən gecə, saat 00:00-dan mayın 10-dan 11-nə keçən gecə saat 00:00-dək döyüş əməliyyatlarını dayandıracaq.

Bəyanatda həmçinin bildirib ki, əgər atəşkəs pozularsa, “Rusiya ordusu adekvat və effektiv cavab verəcək”.

“Rusiya tərəfi ilkin şərtlər olmadan sülh danışıqlarına hazır olduğunu bəyan edir. Rusiya hesab edir ki, Ukrayna tərəfi bu nümunəni izləməlidir”, – Rusiya Prezidentinin bəyanatında qeyd olunub.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki