image-thumbs-b-c-8bb2c56428d2cea46d7a3d6fa1734e4f-1backend

ÜST: Nigeriyada ilin birinci rübündə 1227 vəba hadisəsi qeydə alınıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika qitəsinin ən sıx məskunlaşdığı ölkə olan Nigeriyada ilin birinci rübündə 1227 vəba xəstəliyinin qeydə alındığını bildirib.
Elchi.az xəbər verir ki, Mövzu ilə bağlı ÜST-nin Nigeriya ofisindən verilən açıqlamada, epidemiyanın yayılmasının qarşısını almaq üçün Nigeriya hökuməti və beynəlxalq tərəfdaşlarla koordinasiyalı işlərin aparıldığı bildirilib.
Açıqlamada bu ilin yanvar-mart ayları arasında ölkə üzrə 1227 vəba hadisəsinin görüldüyü, epidemiya səbəbindən 28 nəfərin həyatını itirdiyi bildirilib.
Keçən il Nigeriyada çoxlu vəba hadisəsi və ölümün qeydə alındığına diqqət çəkən açıqlamada, təkcə 2024-cü ilin iyul ayında 33 əyalətdə 2102 şübhəli hadisənin qeydə alındığı və 63 nəfərin öldüyü xatırladıldı.
“Milli fövqəladə vəziyyət” elan edildi
Nigeriyada 26 iyun 2024-cü ildə vəba epidemiyası səbəbindən “milli fövqəladə vəziyyət” elan edildi.
“Vibrio” bakteriyasının səbəb olduğu; Qida və su ilə keçən vəba xəstəliyi ishala və bununla da orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.
Nigeriyada təmiz suyun olmaması ilə yanaşı, effektiv tibbi müdaxilənin olmaması xəstəlik və ölüm riskini artırır. Ölkədə malyariya, poliomielit, tif və M pox virusu kimi epidemiya xəstəliklərə də tez-tez rast gəlinir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Nigeriya Afrika qitəsində vəba xəstəliyindən ən çox təsirlənən ölkələr sırasındadır.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki