image-looooobackend

Türkiyə XİN: Fidan HƏMAS-ı atəşkəs məsələsində güzəştə getməyə məcbur etməyib

Türkiyə tərəfi Fələstinin HƏMAS hərəkatını atəşkəs məsələlərində güzəştə getməyə məcbur etməyib.

Elchi.az -ın Türkiyə mediasına istinadən məlumatına görə, bu barədə Türkiyə XİN-in rəsmi nümayəndəsi Oncu Keçeli jurnalistlərə bildirib.

Bildirək ki, əvvəllər  27 apreldə Fidan Dohada HƏMAS nümayəndələri ilə İsraillə atəşkəs danışıqlarındakı vəziyyəti müzakirə edib. Hərəkat nümayəndələri daimi atəşkəsə can atmağa davam etdiklərini qeyd ediblər.

“İsrail qəzetlərindən birində nazir Hakan Fidan 27 aprel tarixində Dohada HƏMAS nümayəndələri ilə görüşü zamanı HƏMAS-ı atəşkəs məsələsində güzəştə getməyə məcbur etməsi barədə iddialar həqiqətə uyğun deyil”, – deyə o qeyd edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki