ABŞ-ın Yəmənin paytaxtı Sənaya hücumu nəticəsində aralarında uşaqların da olduğu 8 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilərə məxsus Əl-Məsirə telekanalının məlumatına görə, ABŞ döyüş təyyarələri Sənanın Beni əl-Haris bölgəsinin Sukban bölgəsində üç evi hədəf alıb.
İlkin məlumata görə, hücumda aralarında qadın və uşaqların da olduğu 8 nəfər həyatını itirib.
ABŞ-ın aprelin 26-da Beni əl-Haris bölgəsinə hücumunda 2-si uşaq olmaqla 8 mülki şəxs yaralanıb.
Şayəstə Hüseynova