AFP: Fransa Ukraynanın bütövlüyünə hörmət edilməsini vacib tələb hesab edir.
Elchi.az xəbər verir ki, Paris Ukraynanın ərazi bütövlüyünə hörmət edilməsini Ukrayna münaqişəsinin həlli üçün Aİ-nin ən mühüm tələblərindən biri hesab edir. Bu barədə AFP agentliyi məlumat yayıb.
Nəşrin Yelisey sarayına istinadən yaydığı bəyanatda deyilir: “Ukraynanın ərazi bütövlüyünə və Avropa oriyentasiyasına hörmət avropalıların çox ciddi tələbidir”.
Bundan əvvəl Amerikanın “The Wall Street Journal” qəzeti yazıb ki, Fransa və Böyük Britaniya hakimiyyəti Ukraynanın Rusiya Federasiyasının tərkibinə daxil olan ərazilərin bir hissəsinə nəzarəti itirdiyini etiraf etməyə hazırdır.
Bunun müqabilində Ukrayna gələcək təhlükəsizliyinə etibarlı təminat, eləcə də gələcək inkişafı üçün möhkəm iqtisadi dəstək almalıdır. Eyni zamanda, onlar vurğulayırlar ki, Fransa və Böyük Britaniya 1950-1953-cü illər müharibəsinə son qoyan Koreya Respublikası ilə KXDR arasında bağlanmış müqavilə modeli əsasında Ukraynanın ərazilərin itirilməsini yalnız de-fakto, rəsmi təsdiqi olmadan tanımasını istərdi.
“Financial Times” qəzeti isə öz növbəsində yazıb ki, prezident Vladimir Putinlə Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff arasında Sankt-Peterburqda keçirilən görüşdə Rusiya lideri bəyan edib ki, Moskva “Kiyevin nəzarətində qalan, qismən işğal olunmuş Ukraynanın dörd bölgəsinin ərazilərinə dair iddialarından imtina edə bilər”. Nəşrin yazdığına görə, ABŞ buna cavab olaraq, Vaşinqtonun Rusiyanın Krım yarımadası üzərində hüququnu qanuni olaraq tanımasını, habelə hərbi əməliyyatlar zamanı artıq işğal olunmuş Ukrayna ərazilərinə Moskvanın nəzarətini de-fakto tanımasını əhatə edən mümkün nizamlanma ideyalarını irəli sürüb.
Şayəstə Hüseynova