Analitik Koşkoviç: Ukraynanın ərazilərin itirilməsini tanıyacağına şübhə yoxdur.
Elchi.az xəbər verir ki, Ukrayna gec-tez itirilmiş ərazilərini tanıyacaq. Bunu X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) Macarıstan Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç bildirib.
“Şübhə yoxdur ki, Ukrayna bütün ərazilərinin itirilməsini tanıyacaq: “Yeganə sual nə vaxtdır”, – o vurğulayıb.
Bundan əvvəl Amerikanın “The Wall Street Journal” qəzeti yazıb ki, Fransa və Böyük Britaniya hakimiyyəti Ukraynanın Rusiya Federasiyasının tərkibinə daxil olan ərazilərin bir hissəsinə nəzarəti itirdiyini etiraf etməyə hazırdır.
Bunun müqabilində Ukrayna gələcək təhlükəsizliyinə etibarlı təminat, eləcə də gələcək inkişafı üçün möhkəm iqtisadi dəstək almalıdır. Eyni zamanda, onlar vurğulayırlar ki, Fransa və Böyük Britaniya 1950-1953-cü illər müharibəsinə son qoyan Koreya Respublikası ilə KXDR arasında bağlanmış müqavilə modeli əsasında Ukraynanın ərazilərin itirilməsini yalnız de-fakto, rəsmi təsdiqi olmadan tanımasını istərdi.
Şayəstə Hüseynova